"Zinwa" fiziki klaviaturalı yeni Q27 smartfonunu təqdim etdi
İKT
16.11.2025 22:50
"Zinwa" şirkəti gələn il satışa çıxarmağı planlaşdırdığı yeni Q27 smartfonunun prototip görüntülərini yayıb. Fiziki klaviaturaya malik kompakt qurğu "BlackBerry" üslubunu xatırlatsa da, şirkət bunun heç bir modelin birbaşa kopyası olmadığını bildirir.
TodayPress TV xəbər verir ki, “Liliputing” portalının məlumatına görə, Q27 müasir, lakin qeyri-adi form-faktorda təqdim olunan orta sinif smartfonu kimi qiymətləndirilir.
"Zinwa Q27" "MediaTek Dimensity 7300" çipseti, 3,92 düymlük "AMOLED" ekran (1240×1080), 12 GB RAM və 256 GB daxili yaddaşla təchiz ediləcək. Cihazda 50 MP kamera, 3500–4000 mAh tutumlu batareya və 33 Vt sürətli enerji doldurma imkanı da olacaq.
Şirkət qiymət barədə hələlik məlumat açıqlamayıb. Qeyd edək ki, "BlackBerry" 2016-cı ildə smartfon istehsalını dayandırmışdı.
tag: AMOLED,Zinwa ,BlackBerry,Q27 ,Todaypress.tv,
