"YouTube"da insident: “Google Pixel 10 Pro Fold” partladı

"YouTube"da insident: “Google Pixel 10 Pro Fold” partladı
16.10.2025 07:00 İKT

Yeni “Google Pixel 10 Pro Fold” telefonu bloger Zak Nelsonun test zamanı partlayıb.

TodayPress TV xəbər verir ki, “JerryRigEverything” kanalının müəllifi cihazın dözümlülüyünü yoxlayarkən arxa panelin qırılması nəticəsində batareya alışıb və telefon əllərində yanmağa başlayıb.

Nelson alovu söndürə bilib və qeyd edib ki, bu, onun onillik fəaliyyətində partlayışla nəticələnən ilk sınaq olub.

Bloger bildirib ki, “Google”un bütün qatlanan modelləri müəyyən güc tətbiq edildikdə anten hissəsindən bükülür.

“Pixel 10 Pro Fold” oktyabrın əvvəlində satışa çıxarılıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər