"Windows 11" dünya bazarında 50 faiz həddini keçdi

İKT

12.11.2025 01:30

“StatCounter” analitik şirkəti "Microsoft" əməliyyat sistemlərinin qlobal bazar payı ilə bağlı 2025-ci ilin oktyabr nəticələrini açıqlayıb. Məlumatlara görə, "Windows 11" ilk dəfə olaraq fərdi kompüterlər bazarında 50 faiz həddini aşaraq liderliyini daha da möhkəmləndirib.

TodayPress TV xəbər verir ki, “StatCounter”in məlumat bazasında izlənilən cihazların 55,18 faizi artıq "Windows 11" sistemində işləyir.

Əvəzində "Windows 10"un payı azalmağa davam edib – sentyabrda 43,78 faiz olan göstərici oktyabrda 41,71 faizə düşüb. Analitiklər bunu "Microsoft"un köhnə əməliyyat sisteminə rəsmi dəstəyi dayandırması ilə əlaqələndirirlər. Bu addım həm fərdi, həm də korporativ istifadəçiləri yeni platformaya keçməyə sövq edib.

Üçüncü yerdə isə hələ də bəzi kompüterlərdə istifadə olunan "Windows 7" qalır – onun payı 2,52 faiz təşkil edir. Daha yeni, lakin populyarlığını itirmiş "Windows 8" (8.1 versiyası daxil olmaqla) 0,34 faiz, köhnə "Windows XP" isə cəmi 0,22 faiz paya sahibdir.

Qiymət Mahir

tag: Windows 7,"Windows XP",StatCounter,Microsoft,Todaypress.tv,