"WhatsApp" yeni funksiyasını təqdim etdi
İKT
14.11.2025 19:00
"WhatsApp" istifadəçilər üçün yeni giriş imkanları təqdim edib. Artıq hesabınıza yalnız telefon nömrəsi ilə deyil, həm də elektron poçt və ya giriş açarı (passkey) vasitəsilə daxil ola bilərsiniz.
TodayPress TV xəbər verir ki, bu dəyişiklik xüsusilə telefon nömrəsinə girişin olmadığı və ya SMS-lərin gecikdiyi hallarda istifadəçilərə əlavə rahatlıq yaradır.
Mütəxəssislər bildirirlər ki, "Meta" şirkəti bu addımı "WhatsApp" istifadəçi bazasını qorumaq və artırmaq üçün atır. Son illər bəzi ölkələrdə tətbiq edilən internet məhdudiyyətləri və platformaya çıxış çətinlikləri "WhatsApp"da giriş problemlərini artırıb. Alternativ giriş üsulları isə bu kimi məhdudiyyətlərdən təsirlənən istifadəçilərə hesablarını itirmədən xidmətə qoşulmaq imkanı verir.
Bundan başqa, elektron poçt və giriş açarından istifadə təhlükəsizliyi artırır. Çünki hesablar yalnız SMS təsdiqinə bağlı qalmır və əlavə identifikasiya üsulları ilə qorunur.
Türkan İsgəndərli
tag: WhatsApp,Mail,Telefon,Giriş,Todaypress.tv,
