VR qanadları beynin bədən qavrayışını dəyişdi - TƏDQİQAT

VR qanadları beynin bədən qavrayışını dəyişdi - TƏDQİQAT
18.05.2026 18:30 İKT

Pekin Normal Universiteti və Pekin Universiteti alimlərinin apardığı yeni araşdırma göstərib ki, virtual reallıqda istifadə olunan süni qanadlar beynin fəaliyyətinə təsir göstərə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat "Cell Reports" jurnalında dərc olunub.

Tədqiqatda 25 könüllü iştirak edib. Onlar bir həftə ərzində dörd VR sessiyasında iştirak edərək virtual lələkli qanadlarla uçmağı öyrəniblər.

Təcrübə zamanı iştirakçılar öz qollarını görməyib, onların yerinə yalnız qanadlar əks olunub. Qanadların hərəkəti real aerodinamika prinsiplərinə uyğun qurulub və könüllülər havada halqaların arasından uçmaq kimi tapşırıqları yerinə yetiriblər.

Alimlər təcrübədən əvvəl və sonra iştirakçıların beynini funksional MRT ilə yoxlayıblar. Nəticələr göstərib ki, beynin bədən hissələrinin vizual qavrayışına cavabdeh olan oksipitotemporal korteks bölgəsində dəyişiklik yaranıb.

Araşdırmaya görə, təlimdən sonra beyin virtual qanadların görüntüsünə daha güclü reaksiya verməyə başlayıb və yaranan sinir fəaliyyəti insan əllərinin qavranılması zamanı müşahidə olunan fəaliyyətə bənzəyib.

Tədqiqatçılar bildiriblər ki, beyin qanadları tam şəkildə real bədən hissəsi kimi qəbul etməsə də, onları həqiqi əzalara daha yaxın formada qavramağa başlayıb.

Alimlərin fikrincə, nəticələr beynin yüksək uyğunlaşma qabiliyyətini göstərir və gələcəkdə protezlərin idarə olunması, reabilitasiya və virtual reallığın insan beyninə təsirinin öyrənilməsində faydalı ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 Bütün Xəbərlər