Twitterin qurucusundan sürpriz addım: Vine geri döndü, orijinal arxiv yenidən açıldı
İKT
14.11.2025 19:30
2010-cu illərin əvvəllərində altı saniyəlik videolarla məşhurlaşan Vine 2016-cı ildə bağlanmışdı. İndi isə platforma diVine adı ilə yenidən istifadəçilərin ixtiyarına verilir.
TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, diVine həm köhnə Vine videolarının arxivini yenidən açır, həm də yeni qısa videoların paylaşılmasına imkan yaradır. Məqsəd nostalji və istifadəçi yönümlü təcrübə təqdim etməkdir.
diVine platformasının əsas xüsusiyyətləri:
• Orijinal Vine arxivi yenidən əlçatan olub. İcma tərəfindən qorunan minlərlə köhnə video platformada yenidən paylaşılır.
• Süni intellekt filtri tətbiq olunub. diVine, AI ilə yaradılmış videoları aşkar edən sistemdən istifadə edərək “insan tərəfindən hazırlanmış” məzmunu önə çıxarmağı hədəfləyir.
• Mərkəzləşdirilməmiş protokol üzərində qurulub. Açıq mənbə sistem gələcəkdə müstəqil tərtibatçılara platformaya töhfə verməyə imkan yaradacaq.
Ekspertlərə görə, Vine arxivinin yenidən açılması rəqəmsal mədəniyyətin qorunması baxımından mühüm addımdır. Platforma həmçinin sosial mediada süni intellektin artan təsirinə qarşı “insan mərkəzli” məzmun konsepsiyasını ön plana çıxarır.
Jalə Rövşən
tag: Twitter,Arxiv,Platforma,Todaypress.tv ,divane,
