Tıxaclar tarixə qovuşur? Göydən gedən 2 tonluq avtomobillər dövrü BAŞLAYIR!
Honkonqda yaxın altı ay ərzində yük daşımaları üçün ilk uçan avtomobillərin sınaqları keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Məlumata görə, Honkonqda ilk iki tonluq elektrikli şaquli qalxma və enmə aparatının (eVTOL) sınaq uçuşları qarşıdakı altı ay ərzində baş tuta bilər.
Uçuşların təhlükəsizliyi təsdiqləndikdən sonra növbəti mərhələdə bu nəqliyyat vasitələrinin sərnişin daşımaları üçün mülki aviasiyada istifadəsinə icazə verilməsi məsələsi qaldırıla bilər. AECOM şirkəti artıq Honkonqun mülki aviasiya departamenti də daxil olmaqla yerli hakimiyyət orqanları ilə danışıqlar aparır.
Qeyd olunub ki, uçan yük avtomobilləri tam elektrik enerjisi ilə işləyir, helikopter kimi havada asılı vəziyyətdə qala bilir və daha sonra təyyarə kimi daha səmərəli uçuş rejiminə keçir.
Qiymət Mahir