"Tesla" yeni avtomobillərini təqdim etdi

"Tesla" yeni avtomobillərini təqdim etdi
08.10.2025 19:00 İKT

Amerikalı milyarder İlon Maska məxsus "Tesla" şirkəti özünün ən ucuz elektrik avtomobillərini təqdim edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb. 

Yeni "Model 3 Standard" və "Model Y Standard" şirkətin mövcud modellərinin sadələşdirilmiş versiyalarıdır.

Hər iki avtomobil 840 km məsafə qət edə bilir və 100 km/saata 6,8 saniyəyə sürətlənir. Qiyməti aşağı salmaq üçün panoramik dam, ətraf işıqlandırma, ikinci sıra displey və elektrik güzgülər kimi bəzi funksiyalar çıxarılıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər