“Starlink” İranda niyə ödənişsiz olub? - AÇIQLAMA
İKT
14.01.2026 15:57
"Starlink" İranda xidməti ödənişsiz edib.
TodayPress TV xəbər verir ki, informasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev buna səbəb kimi “hibrid müharibələri” göstərib.

O qeyd edib ki, birbaşa hərbi qarşıdurmanı özündə ehtiva edən qaynar toqquşmalar əvəzinə rəqib ölkə ərazisində vətəndaş müharibəsi və idarə oluna bilən informasiya xaosu tətbiq edilir. Bu məqsədlə həyati əhəmiyyətli infrastruktura olan xaker hücumlarından başlayaraq KİV-lərin məqsədyönlü fəaliyyətinə kimi istifadə olunur:
“Starlink”in yaranması ilə dövlətlərarası informasiya müharibəsi yeni mərhələyə qədəm qoydu. Hazırda məqsəd İran xalqını, ictimaiyyəti, iğtişaş törədənləri, silahlı qüvvələri və s. ABŞ və digərləri tərəfindən informasiya təsirinin obyektinə çevirməkdir. İnformasiya mühiti ilə manipulyasiya etmək, vəziyyəti öz maraqlarına uyğun yönəltmək və s. informasiya təhlükəsizliyi milli təhlükəsizlik üçün mühüm şərtdir”.
Qiymət Mahir
tag: Fərhad Mirəliyev,Ekspert,İran,Starlink,Todaypress.tv,
