Sentyabrda kompüter istehsalı 30 dəfə artıb

Sentyabrda kompüter istehsalı 30 dəfə artıb
16.10.2025 09:10 İKT

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 430 ədəd noutbuk, 2 847 ədəd stolüstü kompüter istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,2 % az və 2,8 dəfə çoxdur.

Təkcə sentyabrda isə 482 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 30 dəfə çoxdur. Son üç ayda Azərbaycanda noutbuk istehsal edilməyib.

2024-cü ildə Azərbaycanda 1 715 ədəd noutbuk, 2 139 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3 dəfə çox və 43,3 % azdır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər