"Microsoft" "Windows 11"də dəyişiklik etdi
İKT
09.11.2025 16:18
"Microsoft" “Windows 11” əməliyyat sistemində “Telefona keçid” (Phone Link) proqramında fotoşəkillərə baxmaq funksiyasını ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Windows Central" məlumat yayıb.
Yeniliklərə əsasən, istifadəçilər artıq şəkillərə birbaşa proqramdan deyil, "File Explorer" vasitəsilə baxacaqlar. Yeni sistemdə smartfonun media faylları çıxarıla bilən disk kimi göstərilir və istifadəçi şəkilləri, videoları və digər faylları buradan idarə edə bilir.
Proqramın yenilənmiş interfeysi "File Explorer"ə köçürülmüş funksionallıq barədə xəbərdarlıq bildirişi ehtiva edir. İndi faylları sürüklə-burax üsulu ilə köçürmək, çoxsaylı seçimlər etmək və videolara baxmaq daha asanlaşıb.
Bununla belə, “Telefona keçid”in əsas imkanları dəyişməz qalır.
Türkan İsgəndərli
tag: Microsoft,File Explorer,Sistem,Telefon,Todaypress.tv,
