Mars üçün nəzərdə tutulan peyklər orbitə buraxıldı
"Blue Origin"in "New Glenn" raketi iki dəfə təxirə salındıqdan sonra Mars missiyası üçün nəzərdə tutulan iki peyki uğurla orbitə çıxarıb.
TodayPress TV xəbər verir ki, ABŞ-nn Florida ştatındakı kosmik stansiyadan həyata keçirilən uçuş zamanı raketin birinci mərhələ gücləndiricisi yerə təhlükəsiz şəkildə qayıdıb.
Peyklərin əvvəlcə Günəş–Yer sisteminin L-2 nöqtəsinə, 2027-ci ilin sentyabrında isə Mars orbitinə çatması planlaşdırılır. Bu uğurlu buraxılış şirkəti Mars missiyalarında rəqabəti daha da gücləndirən addım kimi dəyərləndirilir.
Türkan İsgəndərli