"iPhone 18 Pro Max" ən ağır "Apple" telefonu olacaq

İKT

14.11.2025 18:45

“Apple”ın gələn il təqdim edəcəyi "iPhone 18 Pro Max" indiyə qədərki ən ağır "iPhone" ola bilər.

TodayPress TV xəbər verir ki, şirkət “iPhone 17” seriyasının qalın modellərinə olan yüksək marağı nəzərə alaraq yeni strategiya hazırlayıb. 

Məhz buna görə də "iPhone 18 Pro Max" əvvəlki modellərdən həm daha qalın, həm də daha ağır olacaq.

Yeni cihazın təxminən 243 qramdan çox olacağı bildirilir. Bu, onu 233 qramlıq “iPhone 17 Pro Max” və 240 qramlıq “iPhone 14 Pro Max”dan daha ağır edir.

Güman edilir ki, çəki artımı “Apple”ın daha böyük batareya istifadə etmək planı ilə bağlıdır. Şirkət “Air” kimi incə modellərin gözlənildiyi qədər satılmadığını və istifadəçilərin əsasən batareya ömrünə üstünlük verdiyini bildirib.

"Pro Max" modellərinin çəkisi:

  • "iPhone XS Max" – 208 qram
  • "iPhone 11 Pro Max" – 226 qram
  • "iPhone 12 Pro Max" – 228 qram
  • "iPhone 13 Pro Max" – 238 qram
  • "iPhone 14 Pro Max" – 240 qram
  • *iPhone 15 Pro Max" – 221 qram
  • "iPhone 16 Pro Max" – 227 qram
  • "iPhone 17 Pro Max* – 233 qram
  • "iPhone 18 Pro Max" – təxminən 243 qram

Türkan İsgəndərli

TodayPress TV

tag: iPhone,Apple,Air,Kamera,Todaypress.tv,