"iCloud" istifadəçilərinə saxta məktublar göndərilir

İKT

13.04.2026 19:30

"iCloud" istifadəçilərinə bank məlumatlarını ələ keçirmək məqsədilə saxta məktublar göndərilir.

TodayPress TV "The Guardian"a istinadən xəbər verir ki, fırıldaqçılar "Apple" adından istifadə edərək istifadəçiləri aldadır.

Məlumata görə, istifadəçilərə "iCloud" yaddaşının dolduğu barədə xəbərdarlıq məktubları göndərilir.

Bildirilir ki, məktubda ehtiyat nüsxələrin dayandırıldığı və yeni foto və videoların yüklənməsinin mümkün olmadığı iddia olunur:

“Problemin həlli üçün istifadəçilərə linkə keçərək əlavə yaddaş üçün ödəniş etmək təklif olunur”.

Qeyd olunur ki, linkə daxil olduqda istifadəçi "Apple"ın rəsmi saytını xatırladan saxta səhifəyə yönləndirilir və daxil edilən bank məlumatları fırıldaqçılara ötürülür.

Məlumata görə, bəzi hallarda hücumlar mərhələli şəkildə həyata keçirilir — istifadəçi ilk məktuba reaksiya verməzsə, məlumatların silinəcəyi və ya hesabın bloklanacağı ilə bağlı əlavə mesajlar göndərilir.

Ekspertlər belə məktubları silməyi, linklərə daxil olmamağı və göndərən ünvanını yoxlamağı tövsiyə edir.

Qiymət Mahir

tag: iCloud,Apple,Foto,Video,TodayPress TV,