"ChatGPT"nin istifadəçi sayı azalır
"ChatGPT" mobil tətbiqi əvvəlki artım tempini itirir.
TodayPress TV xəbər verir ki, bu barədə "Gadgets Now" məlumat yayıb.
Məlumata əsasən, aprel ayından etibarən aylıq qlobal yüklənmələrin artım faizi azalmağa başlayıb, oktyabr üçün isə bu göstəricinin 8,1% enəcəyi proqnozlaşdırılır. Hər gün milyonlarla yüklənmə davam etsə də, artımın sabitləşməsi "ChatGPT"nin genişlənmə zirvəsinə çatdığını göstərir.
Qeyd olunur ki, dünya üzrə gündəlik aktiv istifadəçilərin (DAU) sayı sabitləşib, bu da bazarda doyma əlamətidir. Hesabata görə, artımın ləngiməsinə həm artan rəqabət, həm də "ChatGPT" modelində edilən dəyişikliklər təsir edə bilər.
Türkan İsgəndərli