"BYD" Avropadan zavodlar alacaq
İKT
15.05.2026 19:30
Çinin avtomobil nəhəngi "BYD" Avropada fəaliyyətini genişləndirmək məqsədilə "Stellantis" və digər Avropa avtomobil istehsalçıları ilə onların istifadəsiz istehsal müəssisələrini əldə etmək üçün danışıqlar apardığını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "IT Home" məlumat yayıb.
Şirkət nümayəndələri danışıqların davam etdiyini, lakin detalları hələlik açıqlamaq istəmədiklərini bildiriblər. Daha əvvəl "BYD"nin İtaliya və digər Avropa ölkələrində fabriklərin alınması və ya icarəyə götürülməsi imkanlarını nəzərdən keçirdiyi açıqlanmışdı.
Məlumata görə, "BYD" Avropa bazarında genişlənməni sürətləndirməyi planlaşdırır və növbəti üç il ərzində region üçün xüsusi modellər təqdim etməyi hədəfləyir. İlk belə modelin gələn ay təqdim olunacaq "Dolphin G" hibrid hetçbeki olacağı bildirilir.
Qeyd edək ki, şirkətin bu addımları Avropada avtomobil sənayesində boş qalan istehsal güclərindən istifadə etmə cəhdləri kimi qiymətləndirilir.
Türkan İsgəndərli
tag: BYD,Zavod,Çin,Maşın ,Todaypress.tv,
