Azərbaycana qarşı kiberhücumlar davam edir - CIDC-2025
"Tədbirin ikinci dəfə ölkəmizdə keçirilməsi onu göstərir ki, Azərbaycan bu sahədə inkişaf etməkdə davam edir".
TodayPress TV xəbər verir ki, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev bunu “CIDC-2025” kibertəhlükəsizlik festivalı çərçivəsində deyib.
Onun sözlərinə görə, II Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı kiberhücumlar artır.
"Bu kimi təhlükələrin qarşısını almaq üçün xüsusi orqan yaradılıb. Ancaq buna baxmayaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qanunları pozanlar cəzalandırılacaq".
Türkan İsgəndərli