Azərbaycan və İsveçrə bu iki sahədə əməkdaşlığı müzakirə etdi
Azərbaycan və İsveçrə arasında innovasiya və turizm sahələrində əməkdaşlıq müzakirə edilib.
TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.
"İsveçrə-Azərbaycan Biznes Forumu iki ölkənin işgüzar dairələrinin səmimi fikir mübadiləsi aparması və yeni əməkdaşlıq imkanlarını dəyərləndirməsi baxımından faydalı oldu. Tədbirdə investisiya və ticarət, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, innovasiya və turizm sahələrində əməkdaşlığın inkişafı üçün mövcud potensial və səsləndirilən təkliflər nəzərdən keçirildi. Azərbaycanın əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi və regional bağlantıları İsveçrə şirkətləri üçün yeni imkanlar yaradır", - deyə o qeyd edib.