Ukrayna sevgisi üstün gəldi: Ramik Hacıyev milli seçiminin səbəbini açıqladı

Ukrayna sevgisi üstün gəldi: Ramik Hacıyev milli seçiminin səbəbini açıqladı
17.09.2026 15:57 İdman

Ukraynanın “Xarkov” klubunda çıxış edən azərbaycanlı hücumçu Ramik Hacıyev U-19 komandasında oynadığı dövrdə Azərbaycan milli komandasından dəvət aldığını, lakin bundan imtina etdiyini bildirib.

TodayPress TV-nin “UA-Football” nəşrinə istinadən verdiyi məlumata görə, 21 yaşlı futbolçu qərarını Ukrayna millisinin daha üstün olması ilə əsaslandırıb:

“U-19 komandasında oynadığım vaxt Azərbaycan millisindən dəvət almışdım, lakin bundan imtina etdim. Ukrayna millisinin daha nüfuzlu olduğunu düşündüm. Mən burada hər şeyi bəyənirəm və heç nəyi dəyişmək istəmirəm. Ukrayna mənim ikinci evimdir. Bu ölkəni çox sevirəm və bütün ukraynalılara böyük hörmətlə yanaşıram", – deyə o vurğulayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər