Gəncə azarkeşlərinə müjdə! Tarixi final 2027-ci ildə şəhər stadionunda

Gəncə azarkeşlərinə müjdə! Tarixi final 2027-ci ildə şəhər stadionunda
17.09.2026 14:29 İdman

Futbol üzrə Azərbaycan Kubokunun final matçına ilk dəfə Gəncə şəhəri ev sahibliyi edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov sosial şəbəkə hesabında məlumat yayıb.

“Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycan futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək”, - deyə PFL rəhbəri bildirib.

Azərbaycan Kubokunun həlledici final qarşılaşmasının 12 may 2027-ci il tarixində keçirilməsi nəzərdə tutulub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər