Lebron Ceymsin taxtı əldən getdi! NBA-in yeni kralı bəlli oldu
Məşhur televiziya aparıcısı Stiven Ey Smit “San-Antonio Spörs”ün mərkəz oyunçusu Viktor Vembanyamanın ulduz hücumçu Lebron Ceymsi üstələyərək Milli Basketbol Assosiasiyasının (NBA) yeni simasına çevrildiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “VT Gen Z” yutub kanalına müsahibəsində danışıb.
“Düşünürəm ki, hazırda NBA-in əsas siması Viktor Vembanyamadır. Lakin o gələnə qədər bu titula hələ də Lebron Ceymsin sahib olduğunu iddia etmək olardı. Zənnimcə, Lebron qazandığı uğurlar, zəngin tərcümeyi-halı və böyük karyera tarixinə görə hələ də basketbolun əsas siması olaraq qalır. Bununla belə, Vembanyama özünü birdəfəlik təsdiqlədi. Tezliklə finalda uduzmasına baxmayaraq, “Vembi erasının” artıq başladığını demək olar”, – deyə Smit qeyd edib.
Namiq HUN