Maranelloda daxili savaş: Frederik Vassör təzyiq altında!

Maranelloda daxili savaş: Frederik Vassör təzyiq altında!
17.09.2026 13:55 İdman

“Formula-1” üzrə "Ferrari" komandasının rəhbəri Frederik Vassör Maranelloda “Napoleon” ləqəbi ilə tanınır. 

TodayPress TV xəbər verir ki, italiyalı “Formula-1” jurnalisti Corco Terrutsi “Terruzzi Racconta” podkastında komanda əməkdaşlarının Vassörün idarəçilik üslubunu təkəbbürlü və saymazyana kimi qiymətləndirdiklərini bildirib.

Terrutsi həmçinin qeyd edib ki, hazırda Vassör ilə “Ferrari”nin baş icraçı direktoru Benedetto Vinya arasında münasibətlər “demək olar ki, yox dərəcəsindədir”. 2021-ci ildən şirkətə rəhbərlik edən Vinya ümumi korporativ istiqamətə cavabdeh olduğu üçün “Formula-1” komandasındakı bütün mühüm strateji qərarlar onların qarşılıqlı razılığı ilə qəbul edilməlidir.

Jurnalistin iddiasına görə, “Ferrari”nin elə də alternativi yoxdur. WEC proqramının rəhbəri Antonello Koletta “Formula-1” komandasının rəhbəri olmaq istəmir, “Maklaren”dən Andrea Stella isə əlçatmazdır. 

Ehtiyat variantın olmaması Vassörü qəribə vəziyyətə salıb. O, komanda daxilində artan təzyiq altındadır, lakin onu əvəz edəcək açıq-aydın namizəd yoxdur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər