Şotlandiyanı fəth edən Duran Kolumbiya yığmasının diqqətini çəkdi

Şotlandiyanı fəth edən Duran Kolumbiya yığmasının diqqətini çəkdi
17.09.2026 13:35 İdman

Yay transfer pəncərəsində “Qarabağ”dan Şotlandiyanın “Seltik” klubuna keçən Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya milli komandasına dəvət alıb.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Seltik”in baş məşqçisi Martin O'Nil məlumat verib.

Təcrübəli mütəxəssis kolumbiyalı hücumçunun viza prosedurlarını həll etmək üçün Londona yollandığını bildirib:

“Vizaya görə Londona getməli idi. Kolumbiya yığmasına çağırılıb və bu məsələni həll edə biləcəyi yeganə vaxt bu səhər idi”.

Qeyd edək ki, Kamilo Duran “Seltik”in heyətində keçirdiyi ilk 10 rəsmi matçda 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər