"Apple" ultra nazik "iPhone Air 2"ni təqdim edəcək

İKT

06.11.2025 19:45

"Apple" şirkəti 2026-cı ildə çıxaracağı "iPhone 18" seriyası ilə yanaşı, ikinci nəsil "iPhone Air" modelini də təqdim etməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.

Məlumata görə, "iPhone Air 2" təkmilləşdirilmiş ikili kamera sistemi ilə təchiz ediləcək. Cihazda 48 MP-lik əsas və 48 MP-lik ultra geniş bucaqlı kamera olacaq. Bu yenilik əvvəlki nəsil "iPhone Air"in əsas məhdudiyyətlərini aradan qaldıracaq və modeli foto imkanlarına görə baza "iPhone 17"yə yaxınlaşdıracaq.

Yeni kamera sistemi üçün "Apple" daxili lövhə və komponent yerləşimini yenidən dizayn edib. Kamera blokunun üfüqi düzülüşü və soyutma sistemi də təkmilləşdiriləcək.

Dizayn baxımından cihaz öz minimalist üslubunu qoruyacaq.

Mənbələrin məlumatına görə, "iPhone 18" seriyası və "iPhone Air 2" 2026-cı ilin sentyabr ayında təqdim olunacaq. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Apple,iPhone,Air,Kamera,Todaypress.tv,