Apple təqdim etdi: “iPhone Pocket”
İKT
11.11.2025 21:15
“Apple” şirkəti yapon modaevi "Issey Miyake" ilə birgə hazırladığı yeni premium aksesuarını — “iPhone Pocket” adlı çanta-tipli telefon qabını təqdim edib.
TodayPress TV xəbər verir ki, aksesuar iki modeldə təqdim olunub və 14 noyabrdan satışa çıxarılacaq.
Qısa versiyanın qiyməti 149 dollar (təxminən 12 min rubl), uzun modelin qiyməti isə 229 dollardan (təxminən 18,5 min rubl) başlayır. Məhsul “iPhone”u çanta formatında daşımağa imkan verən dizayner həlli kimi təqdim olunur.
"Miyake Design Studio"nun direktoru Yesiyuki Miyamae bildirib ki, məhsulun dizaynı istifadəçi ilə cihaz arasındakı əlaqəni və universallıqla minimalizmin harmoniyasını əks etdirir.
Məhdud sayda buraxılacaq “iPhone Pocket”in 3D toxuma texnologiyası ilə hazırlandığı bildirilir. Bu, aksessuarı həm kolleksiyaçılar, həm də moda və texnologiya əməkdaşlıqlarının həvəskarları üçün xüsusi əşya halına gətirir.
Yeni aksesuar 14 noyabrdan etibarən yalnız seçilmiş Apple Store mağazalarında və şirkətin rəsmi saytında — Fransa, Çin, İtaliya, Yaponiya, Sinqapur, Cənubi Koreya, Böyük Britaniya və ABŞ-də satışa çıxarılacaq.
Qiymət Mahir
tag: "Miyake Design Studio",3D,iPhone Pocket,Apple,Todaypress.tv,
