ABŞ və Çin güclü süni intellekt modellərini müzakirə edəcək

İKT

14.05.2026 19:15

ABŞ və Çin nümayəndə heyətləri Pekində keçiriləcək sammitdə ən güclü süni intellekt modellərinin istifadəsinin məhdudlaşdırılması məsələsini müzakirə edəcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC-yə müsahibəsində bildirib ki, tərəflər qeyri-dövlət strukturlarının qabaqcıl süni intellekt sistemlərinə çıxışının qarşısını almaq üçün “ən yaxşı təcrübələr protokolu”nun hazırlanmasını da müzakirə edəcəklər.

Bessentin sözlərinə görə, Vaşinqton üçün süni intellekt sahəsində Çin üzərində liderliyi qorumaq “son dərəcə vacibdir”. O qeyd edib ki, məhz buna görə Pekin texnologiyanın istifadəsi ilə bağlı təhlükəsizlik mexanizmləri və qaydaların müzakirəsində maraqlıdır.

Nazir vurğulayıb ki, ABŞ innovasiyaların qarşısını almaq istəmir, lakin texnologiyanın maksimum inkişaf səviyyəsi ilə təhlükəsizlik arasında balans tapmağı vacib hesab edir.

Qiymət Mahir

tag: ABŞ ,Çin,Pekin,Bessent ,TodayPress TV,