Zubirin Səudiyyə macərası başlamadan bitdi – şok qərar

Zubirin Səudiyyə macərası başlamadan bitdi – şok qərar
09.09.2026 12:58 İdman

“Qarabağ”la yollarını ayıran Abdullah Zubir transfer olunduğu Səudiyyə Ərəbistanının “Əl-Uruba” klubunda çıxış edə bilməyəcək.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Əl-Uruba” maliyyə təminatı ilə bağlı tələbləri yerinə yetirmədiyi üçün Abdullah Zubir qeydiyyatdan keçirilməyib.

Bu səbəbdən yarımmüdafiəçi hazırda azad agent statusundadır.

Qeyd edək ki, Abdullah Zubir 8 il “Qarabağ”ın formasını geyinib. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 379 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər