"Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşmədi

"Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşmədi
06.12.2025 20:00 İdman

Premyer Liqanın XIV tura start verilib.

TodayPress TV xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.

"Zirə"nin heyətində 31-ci dəqiqədə İssa Cibrila fərqlənib. Enrike Kustadio isə 44-cü dəqiqədə avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Qarabağ" lider mövqeyində qərarlaşıb. 27 xala malik "Zirə" ikincidir.

Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər