Yardımlının yeni icra başçısı kollektivə təqdim olundu

Yardımlının yeni icra başçısı kollektivə təqdim olundu
23.10.2026 11:58 Siyasət

Yardımlı Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Fərmayıl oğlu Məmmədov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Orxan Məmmədov ona göstərilən etimada görə minnətdarlıq edib.

TodayPress TV

FOTOLAR

Yardımlının yeni icra başçısı kollektivə təqdim olundu — 1
Yardımlının yeni icra başçısı kollektivə təqdim olundu — 2
XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər