Rusiya ABŞ-a dizel yanacağı göndərdi
Rusiya mənşəli 40 min ton dizel yanacağı daşıyan tanker ABŞ-ın Nyu-York şəhərinə doğru hərəkət edir.
TodayPress TV "Reuters" agentliyinə istinadən məlumat verir ki, Malta bayrağı altında üzən tanker Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında əldə olunduğu bildirilən razılaşmadan sonra ABŞ istiqamətinə yola düşüb.
Məlumatda tankerin yükünün həcminin 40 min ton olduğu qeyd edilir.