İran dünyanın internetini söndürəcək
İran müharibə başlayacağı təqdirdə beynəlxalq interneti bağlamağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, İran hakimiyyətinin ABŞ və İsraillə yeni hərbi qarşıdurma başlayacağı təqdirdə beynəlxalq internetə çıxışın dərhal dayandırılmasını nəzərdə tutan göstəriş verdiyi bildirilir.
Məlumata görə, belə bir addım milyonlarla iranlının xarici dünya ilə əlaqəsinin kəsilməsinə səbəb ola bilər. İnternetin məhdudlaşdırılmasının mümkün məqsədlərindən biri ölkə daxilində baş verən hadisələr barədə məlumatların xaricə ötürülməsinin qarşısını almaqdır.
Bildirilib ki, əvvəlki müharibə zamanı İranda internetə çıxış ciddi şəkildə məhdudlaşdırılıb və bağlantı səviyyəsi sıfıra yaxın düşüb. "NetBlocks" internet monitorinq təşkilatı bu kəsintini ölkə miqyasında qeydə alınmış ən uzunmüddətli internet bağlanmalarından biri kimi qiymətləndirib.
Məlumata əsasən, internet məhdudiyyətləri etirazların yatırılması zamanı baş verən hadisələrin sənədləşdirilməsini və görüntülərin beynəlxalq ictimaiyyətə çatdırılmasını da çətinləşdirib.
Jalə Rövşən