Zədələr hədəfə çatmadı: Qadın sablyaçılarımızdan əzmkar mübarizə!
Qadın sablyaçılarımız zədə səbəbindən Dünya Kubokunda medal qazana bilməyibər.
TodayPress TV xəbər verir ki, heyəti Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət olan komandamız Əlcəzairdə keçirilən yarışı 4-cü yerdə bitirib.
Oran turnirinin ilk görüşündə ABŞ seçməsini 45:43 hesabı ilə məğlub edən millimiz 1/4 final mərhələsində Özbəkistan kollektivinə də eyni hesabla qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Lakin qılıncoynadanlarımızdan Palina Kaspiaroviç və Zərifə Hüseynovanın zədələnməsi səbəbindən millimiz Macarıstan yığması ilə görüşə çıxa bilməyib.
Nəticədə kvartetimiz Dünya Kubokunun mərhələ yarışını dördüncü pillədə tamamlayıb.
Şəxsi yarışlarda qılıncoynadanlarımız qrup mərhələsini uğurla adlasalar da, əsas mərhələyə yüksələ bilməyiblər.
Namiq HUN