Yeni Səhiyyə naziri kimdir? - DOSYE

Yeni Səhiyyə naziri kimdir? - DOSYE
19.10.2026 11:28 Gündəm
Anar Məhərrəm oğlu Bayramov 1975-ci ildə Bakı şəhərində anadan olub.

1991–1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb, 1997–2001-ci illərdə universitetin Daxili xəstəliklər və reanimatologiya kafedrasında kliniki ordinatura və aspirantura keçib. 2004–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Biznesin idarə olunması (MBA) magistr dərəcəsinə yiyələnib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

Əmək fəaliyyətinə 1998-ci ildə həkim kimi başlayan A.Bayramov 2002–2021-ci illərdə "A-Group" Sığorta Şirkətində baş tibbi ekspert, İdarə Heyətinin sədr müavini və İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, 2021–2024-cü illərdə Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, 2024–2026-cı illərdə isə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini postunu tutub.

2026-cı ilin aprelində TƏBİB-in İcraçı direktoru vəzifəsinə gətirilən Anar Bayramov cari ilin oktyabrın 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Səhiyyə naziri təyin olunub.

Evlidir, 2 övladı var. 
 
 Jalə Rövşən 
XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər