“Real Madrid”in əfsanələri bir araya gəlir: Ramos “Xetafe” hədəfində!

“Real Madrid”in əfsanələri bir araya gəlir: Ramos “Xetafe” hədəfində!
19.10.2026 11:12 İdman

“Xetafe” klubunun prezidenti Anxel Torres 40 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Serxio Ramosun komandanın potensial yeni oyunçularının qısa siyahısına daxil edildiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. 

“Onun qardaşı, eyni zamanda meneceri mənimlə danışıb. O, potensial yeni oyunçuların qısa siyahısındadır. O, keçə bilər. Biz artıq bir müddətdir ki, bunu hədəfləmişik”, - deyə Torres bildirib.

Klub rəhbərinin sözlərinə görə, baş məşqçi Xose Bordalas hücum xəttinin cinahlarını gücləndirməyi prioritet vəzifə hesab edir, çünki komandanın heyətində onsuz da altı təcrübəli mərkəz müdafiəçisi mövcuddur. 

Xatırladaq ki, klubun heyəti daha əvvəl “Real”ın digər sabiq kapitanı - Daniel Karvaxal ilə də zənginləşib. 

Ramosun son klubu 2026-cı ilin yanvarında tərk etdiyi “Monterrey” olub. O, keçmişdə həmçinin “Real”, “Sevilya” və “Pari Sen-Jermen” klublarında çıxış edib. Transfermarkt portalında müdafiəçinin transfer dəyəri 800 min avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər