Ramiz Mehdiyevin oğlu atasından danışdı: "Onun yaddaş pozğunluğu var"

Ramiz Mehdiyevin oğlu atasından danışdı: "Onun yaddaş pozğunluğu var"
19.10.2026 11:07 Gündəm

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər.

TodayPress TV Gununsesi.info-ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsi bəlli olub.

T.Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib, onun yaddaş pozğunluğu var.

"Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur", - deyə oğul Mehdiyev bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər