“Yuventus” Spaletti ilə anlaşdı
İtaliyanın “Yuevntus” klubunun yeni baş məşqçisi məlum olub.
TodayPress TV tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, bu vəzifəyə italiyalı mütəxəssis Luçano Spaletti gətirilib.
Bildirilir ki, Turin klubunun rəhbərliyi təcrübəli məşqçi ilə mövsümün sonuna qədər müqavilə imzalayacaq. “Yuventus” A Seriyasını “dördlük”də başa vuracağı təqdirdə, Spaletti ilə yeni sözləşmə bağlanacaq.
Qeyd edək ki, Luçano Spaletti “Yuventus”un baş məşqçisi postunda İqor Tüdoru əvəzləyəcək.
Namiq HUN