“Yokiçdən sərt mesaj: “Belə nəticə qəbuledilməzdir!””
İdman
01.05.2026 10:05
Nikola Yokiç “Denver Naqqets” klubunun NBA pley-offunun ilk mərhələsində mübarizəni dayandırmasını şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yokiç qeyd edib ki, komanda hələ əsas hədəflərindən çox uzaqdadır və bu cür vəziyyət ciddi nəticələrə səbəb ola bilər:
“Biz artıq ilk raundda uduzduq. Düşünürəm ki, məqsədimizə çatmaq üçün hələ çox yolumuz var. Amma qərarları mən vermirəm. Serbiyada belə nəticədən sonra, açığı, hamını işdən çıxarardılar”.
NBA pley-offunun 1/8 final mərhələsinin altıncı oyununda “Minnesota Timbervulvz” öz meydanında “Denver”i 110:98 hesabı ilə məğlub edib. Seriya 4-2 hesabı ilə “Timbervulvz”un xeyrinə başa çatıb.
“Minnesota” bununla da növbəti mərhələyə yüksələn dördüncü komanda olub. Daha əvvəl “Oklahoma Siti Tander”, “San-Antonio Spörz” və “Nyu-York Niks” də 1/4 finala vəsiqə qazanıb.
Namiq HUN
tag: Nikola Yokiç,Denver Naqqets,NBA,Basketbol,Todaypress.tv,
