Yeniyetmə boksçularımız Avropanı fəth etməyə gedir!
İdman
06.12.2025 17:14
Azərbaycan millisi U-17 Avropa çempionatına 20 boksçu ilə qatılacaq.
TodayPress TV xəbər verir ki, turnir dekabrın 10-da Almaniyanın Keinbaum şəhərində start götürəcək və 9 gün davam edəcək.
Yarışda oğlanlardan 13 boksçu rinqə çıxacaq:
Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Ayxan Həsənov (50 kq), Əli Abaslı (52 kq), İbrahim Bədəlli (54 kq), Raul Heydərli (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) və Səfdər Məmmədzadəyə (+80 kq).
Komandanın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədov bu boksçulardan uğurlu nəticələr gözlədiklərini bildiriblər.
Qızlardan ibarət yeniyetmələrdən ibarət komanda da turnirdə iştirak edəcək. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aysel Fərəcova (46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasova (66 kq) mübarizə aparacaq.
Namiq HUN
tag: Boks,Avropa,Fəth,Yarış,Todaypress.tv,
