Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı
Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü 1/4 final mərhələsində Slovakiya təmsilçisi Kristian Haraşiki ilə üz-üzə gəlib.
Baxışov rəqibini 4:1 hesabı ilə məğlub edərək adını turnirin yarımfinalına yazdırıb.
Bu qələbə ilə Əli Baxışov ən azı Avropa çempionatının bürünc medalını təmin edib.
Boksçumuz avqustun 20-də finala yüksəlmək uğrunda keçiriləcək görüşdə Türkiyə təmsilçisi Furkan Avarla qarşılaşacaq.
Namiq HUN
TodayPress TV