“Xüsusi biri” “Real” rəhbərliyinə ultimatum verdi!
İdman
07.05.2026 12:06
“Real Madrid” klubunun maraq dairəsində olan portuqaliyalı mütəxəssis Joze Mourinyo komandaya rəhbərlik etmək üçün şərtlərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Diario AS” nəşri məlumat yayıb.
Hazırda “Benfika” klubunu çalışdıran Mourinyonun əsas tələbləri bunlardır:
• 2 illik müqavilə;
• Komandadan kənar məsələlərlə məşğul olmamaq;
• Heyət seçimlərinə müdaxilə edilməməsi;
• Öz məşqçi korpusunu gətirmək və fiziki hazırlıq üzrə məsul şəxs Antonio Pintusun klubdan ayrılması;
• Yanlış zədə diaqnozlarının qarşısını almaq üçün geniş tibbi heyətin qurulması;
• İstəmədiyi futbolçuların yayda komandadan göndərilməsi;
• Klub prezidenti Florentino Peres istisna olmaqla, digər rəhbərlik üzvləri ilə birbaşa təmas qurmamaq;
• Yayda ABŞ və Asiya üzrə kommersiya hazırlıq turlarına qatılmamaq.
Məlumata görə, portuqaliyalı çalışdırıcı bu şərtlərin qəbul olunacağı halda qısa müddətdə Madrid təmsilçisi ilə müqavilə imzalayacaq.
Namiq HUN
tag: Joze Mourinyo,Real Madrid,Benfika,Tələb,Todaypress.tv,
