“US Open”də son çempion şoku: Alkaras turnirlə vidalaşdı!

“US Open”də son çempion şoku: Alkaras turnirlə vidalaşdı!
09.09.2026 12:15 İdman

Böyük Dəbilqə turnirlərinin 7 qat çempionu, dünyanın 3-cü raketkası olan ispaniyalı tennisçi Karlos Alkaras son çempionu olduğu “US Open – 2026” turnirinin yarımfinalına yüksələ bilməyib.

TodayPress TV xəbər verir ki, 1/4 final mərhələsində Alkaras ABŞ təmsilçisi, dünyanın 9-cu raketkası Ben Şeltona məğlub olub. 

Dramatik keçən qarşılaşma 7:6 (7:5), 1:6, 3:6, 6:1, 6:7 (7:10) hesabı ilə Şeltonun qələbəsi ilə başa çatıb. Mütəxəssislərin diqqətini çəkən görüş tam 4 saat 28 dəqiqə davam edib. 

Matç ərzində Şelton 7 eys edib, 2 cüt xətaya yol verib və 16 breyk-pointdən 5-ini reallaşdırıb. 

Alkarasın aktivində isə 3 eys, 7 cüt xəta və 11 breyk-pointdən 3 dəqiq zərbə yer alıb.

Qeyd edək ki, Şelton və Alkaras “US Open” tarixinin ən gec başa çatan matçına imza atıblar. Ben Şelton finala vəsiqə uğrunda digər həmyerlisi, dünya reytinqində 12-ci sırada qərarlaşan Frensis Tiafo ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər