“US Open”də gözlənilməz yenilgi və Nyu-York taksisində maraqlı anlar
Dünyanın 53-cü raketkası olan yunanıstanlı tennisçi Stefanos Tsitsipas “US Open – 2026” turnirinin dördüncü mərhələsində məğlubiyyətə uğradıqdan sonra Nyu-Yorkda taksi sürücüsü ilə arasında keçən maraqlı dialoqu sosial şəbəkədə bölüşüb.
TodayPress TV xəbər verir ki, təcrübəli tennisçi “X” sosial şəbəkəsindəki şəxsi hesabında hadisəni bu sözlərlə təsvir edib:
“Taksi sürücüsü məndən Stefanos Tsitsipası tanıyıb-tanımadığımı soruşdu. Mən “Biz çox yaxınıq” deyə cavab verdim. O isə dedi: “Çox gözəl. Ona çatdır ki, tualet fasilələri götürməyi dayandırsın, həmin vaxt ərzində o, sanki Narniyanı (uydurma sehrli diyar və bütöv bir nağıl dünyası) axtarır”. Mən də kapüşonumu başıma çəkib özümü Oslodan gələn turist kimi qələmə verdim”.
Qeyd edək ki, “US Open – 2026”ın dördüncü mərhələsində Tsitsipas dunya reytinqində 9-cu pillədə qərarlaşan amerikalı Ben Şeltona 2:6, 3:6, 4:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Namiq HUN