Unudulmaz emosiyalar və parlaq karyera: “La Monf” epopeyası başa çatdı!

Unudulmaz emosiyalar və parlaq karyera: “La Monf” epopeyası başa çatdı!
14.10.2026 13:00 İdman

Dünya tennisinin ən xarizmatik və parlaq simalarından biri, sabiq 6-cı raketka Qael Monfis peşəkar karyerasına rəsmi olaraq nöqtə qoyub. 

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) məlumat yayıb.

Agentliyin ictimaiyyətlə əlaqələr rəhbəri Adrian Bassett bildirib ki, fransalı tennisçinin özü onlara bu barədə məlumat verib və o, artıq aktiv oyunçu statusunu daşıyaraq rəsmi şəkildə təqaüdə çıxmış hesab olunur.

Qeyd edək ki, Monfis 2026-cı il mövsümünün sonunda karyerasını bitirəcəyini əvvəlcədən açıqlamışdı. Onun oktyabr-noyabr ayları ərzində Liondakı ATP-250 turnirində və Paris “Masters”ində vidalaşma matçları keçirməsi planlaşdırılsa da, təcrübəli tennisçi həmin yarışlardan imtina edib. Hazırda 40 yaşlı idmançının özündən hər hansı rəsmi açıqlama gəlməsə də, ITIA-nın rəsmi siyahısında onun karyerasını bitirmə tarixi kimi 5 oktyabr 2026-cı il göstərilib. 

Karyerası ərzində 13 dəfə ATP turnirinin qalibi olan, iki dəfə “Böyük Dəbilqə” turnirlərinin yarımfinalına yüksələn Q.Monfis bununla da kortlarla vidalaşmış olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər