"Bakıda qırğın oldu, hamı "Ermənistan" deməyə başladı": Elçibəyin Erbakana sözləri viral oldu - VİDEO
“Bakıya rus ordusu girəndə heç bir müsəlman ölkəsindən səs çıxmadı. Müsəlmançılığa necə baxaq?".
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy 1992-ci ildə Türkiyənin tanınmış siyasətçisi Necmettin Erbakanla söhbətində deyib.
Həmin görüş 16 dekabr 1992-ci ildə Bakıda, Prezident iqamətgahında keçirilib. Elçibəy Erbakan və onunla birlikdə gələn böyük türk heyətini qəbul edərkən, müsəlman ölkələrinin Azərbaycana münasibətindəki ikili standartları kəskin tənqid edib:
"Ermənistana bir tənə top atıldı mı, hamısı “Ermənistan” deməyə başlayır. Hətta ərəb ölkələri “Qarabağı verin Ermənistana, qurtulun” dedilər".
Bu sözlər o dövrdə Azərbaycanın ən ağır günlərində – Qarabağ müharibəsinin davam etdiyi, rus qoşunlarının ölkədən çıxarılması prosesinin getdiyi bir vaxtda səsləndirilib.
Elçibəyin bu çıxışı hazırda Azərbaycanda vahid məktəb forması və dünyəvi təhsil prinsipləri ətrafında gedən müzakirələrlə paralel şəkildə geniş paylaşılır. O hələ 34 il əvvəl müsəlman ölkələrinin münasibətində emosional və siyasi maraqların üstünlük təşkil etdiyini açıq şəkildə ifadə edib. Bu gün də “din ortaq payda ola bilərmi?” sualı yerinə düşür.
Elçibəyin bu sözləri bir daha göstərir ki, milli maraqlar və dövlətçilik məsələlərində həmrəylik gözləmək əvəzinə, öz gücünə və prinsipial mövqeyinə arxalanmaq tarixi zərurətdir.
Türkan İsgəndərli