Təcrübəli rəqiblərə meydan oxuyan gənc pilotumuzdan yüksək performans!

Təcrübəli rəqiblərə meydan oxuyan gənc pilotumuzdan yüksək performans!
14.10.2026 14:22 İdman

Azərbaycanlı gənc “Formula-4” pilotu Davin Cəfərov Slovakiyada yerləşən məşhur “Slovakia Ring” yarış trasında növbəti test yürüşlərini müvəffəqiyyətlə başa vurub. 

TodayPress TV xəbər verir ki, iki gün davam edən sınaqların əsas məqsədi pilotun sürücülük bacarıqlarını, texniki hazırlığını və potensialını qiymətləndirmək olub.

Bu təcrübə Davinin “Formula-4” bolidi idarə etdiyi ikinci sınaq kimi yadda qalıb. İlk testlər Portuqaliyanın Portimao trasında baş tutsa da, uzunluğu 5,935 km olan və Avropanın ən uzun daimi yarış traslarından biri sayılan “Slovakia Ring” onun bolidi quru trasda idarə etdiyi ilk trek olub.

Testlər zamanı əldə edilən göstəricilər diqqət çəkib. Belə ki, Davin trasa uyğunlaşaraq 2:04.282 saniyəlik ideal dövrə nəticəsinə imza atıb. Bu göstərici ilə o, “Slovakia Ring”də ilk beşlik uğrunda mübarizə aparan təcrübəli pilotun təsnifat nəticəsindən cəmi 0,75 saniyə geri qalıb.

Komandanın texniki hesabatında pilotun üstünlükləri xüsusi qeyd olunub:

Sürətli adaptasiya: Davin ilk sessiyalardan etibarən bolidə sürətlə uyğunlaşıb və yüksək idarəetmə qabiliyyəti nümayiş etdirib.

Texniki yanaşma: Mühəndislərlə müzakirələrdə verilən rəylər telemetriya məlumatları ilə tam uyğunluq təşkil edib. Xüsusilə arxa qanadın sazlanmasından sonra bolidin davranışındakı dəyişiklikləri düzgün qiymətləndirməsi mütəxəssislər tərəfindən müsbət qarşılanıb.

Təkər idarəçiliyi: Testlər ərzində 2 dəst yeni və 4 dəst istifadə olunmuş yarış təkərindən istifadə edilib. Yeni təkərlərin üstünlüklərindən yararlanmağın çətinliyinə baxmayaraq, təcrübəsi az olan Davin bu istiqamətdə yüksək performans sərgiləyib.

Komandanın ümumi qiymətləndirməsinə əsasən, təbii sürət hissi, bolid üzərində dəqiq nəzarət, sürətli öyrənmə qabiliyyəti və peşəkar yanaşma Davin Cəfərovun əsas üstünlükləri olaraq önə çıxır.

Namiq HUN

FOTOLAR

Təcrübəli rəqiblərə meydan oxuyan gənc pilotumuzdan yüksək performans! — 1
Təcrübəli rəqiblərə meydan oxuyan gənc pilotumuzdan yüksək performans! — 2
Təcrübəli rəqiblərə meydan oxuyan gənc pilotumuzdan yüksək performans! — 3
Təcrübəli rəqiblərə meydan oxuyan gənc pilotumuzdan yüksək performans! — 4
Təcrübəli rəqiblərə meydan oxuyan gənc pilotumuzdan yüksək performans! — 5
Təcrübəli rəqiblərə meydan oxuyan gənc pilotumuzdan yüksək performans! — 6
Təcrübəli rəqiblərə meydan oxuyan gənc pilotumuzdan yüksək performans! — 7
Təcrübəli rəqiblərə meydan oxuyan gənc pilotumuzdan yüksək performans! — 8
XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər