Ulduzlar savaşı: Final siyahısı bəlli oldu
"Globe Soccer Awards" tərəfindən Yaxın Şərqin 2025-ci il üzrə ən yaxşı futbolçusu mükafatına namizədlərin adları açıqlanıb.
TodayPress TV xəbər verir ki, dörd futbolçu final siyahısına düşüb.
Mükafata Kriştianu Ronaldu (“Əl-Nasr”), Kərim Benzema (“Əl-İttihad”), Riyad Mahrez (“Əl-Əhli”) və Salem Əl-Davsari (“Əl-Hilal”) iddia edir.
Son iki ildə mükafatı Kriştianu Ronaldu qazanıb.
Qeyd edək ki, Globe Soccer Awards - futbol dünyasında ən yüksək nailiyyət göstərən şəxslərin seçildiyi illik mükafatlandırma mərasimidir. Müxtəlif nominasiyalarda qaliblər səsvermə yolu ilə müəyyən edilir.
Namiq HUN