Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq!
ESPN insayderi Brayan Uindhorst “Filadelfiya” azarkeşlərini komandanın ulduz basketbolçu Lebron Ceymslə müntəzəm mövsümdə dominant çıxış edəcəyini gözləməməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Jay Takes “X” sosial şəbəkəsində məlumat yayıb.
“Son doqquz ildə Lebronun komandası neçə dəfə 50 qələbə həddini keçib? Cəmi iki dəfə. Deməli, Lebron artıq uzun müddətdir müntəzəm mövsümdə dominant komandaların heyətində oynamır.
Düşünürəm ki, onlar çox yaxşı komanda ola və təxminən 48 qələbə qazana bilərlər. Şərq Konfransında 48 qələbə yaxşı mövsüm deməkdir.
Bundan başqa, Lebron komanda dəyişəndə yeni komandası adətən mövsümə zəif başlayır. O, “Mayami”yə keçəndə komanda ilk 17 oyunda 9 qələbə qazanmışdı. “Klivlend”ə keçidindən sonra isə ilk 39 matçda 19 qələbə əldə etmişdilər. “Leykers”ə keçdiyi ilk mövsümdə isə komanda pley-offa vəsiqə qazana bilməmişdi.
Lebronla oynamağı öyrənmək vaxt tələb edir”, – deyə Uindhorst bildirib.
Namiq HUN
TodayPress TV