“Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı

“Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı
18.08.2026 17:36 İdman

“Uilyams” komandası taylandlı-britaniyalı pilot Aleks Albonla müqaviləni 2027-ci il mövsümünün sonunadək uzatdığını rəsmən açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

30 yaşlı pilot 2022-ci ildən “Uilyams”ın heyətində çıxış edir və komandanın yenidən formalaşmasında əsas fiqurlardan birinə çevrilib. Albon ötən mövsüm 73 xal toplayaraq pilotların şəxsi sıralamasında 8-ci yeri tutub.

Albon yeni müqavilə ilə bağlı fikirlərini də bölüşüb:

“2022-ci ildə “Atlassian Uilyams”a qoşulduğum gündən etibarən komandada baş verən dəyişiklikləri sözlə ifadə etmək çətindir. Bir çətin mövsüm bütün mənzərəni əks etdirmir. Bu da komandamız və azarkeşlərimizlə birlikdə böyük hədəflərə çatmaq üçün quruculuğu davam etdirmək və irəliləmək motivasiyamı daha da artırır.

Hekayəmiz hələ bitməyib. Buna görə də hazırda bütün diqqətimi komandanın yenidən zirvəyə qayıtması üçün əlimdən gələn hər şeyi etməyə yönəltmişəm”.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər