Uğursuz mövsümün acı nəticəsi: “Haas” Okonla müqaviləni yeniləmədi!

Uğursuz mövsümün acı nəticəsi: “Haas” Okonla müqaviləni yeniləmədi!
23.09.2026 17:10 İdman

“Haas” “Formula-1” komandasının rəhbərliyi 30 yaşlı fransız pilot Esteban Okona 2026-cı il mövsümünün Amerika kollektivində sonuncu olacağı barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Tomas Maher “PlanetF1” nəşrində məlumat yayıb.

“Bizə bəlli olub ki, “Haas” artıq 2027-ci il mövsümü üçün sürücü heyəti ilə bağlı qərarını verib. Okon komandadan kənarlaşdırılacaq və onun yerinə “Formula-2”dən Kamaranın gətiriləcəyi gözlənilir”, - deyə Maher köşə yazıb.

Qeyd edək ki, Esteban 2025-ci ildə komandaya qoşulub. “Haas”dakı debüt mövsümündə o, 38 xal toplayaraq fərdi hesabatda 15-ci yeri tutub. Cari mövsümdə isə pilot 3 xalla 18-ci sırada qərarlaşıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər