Gəmilərinin vurulması Türkiyəni özündən çıxardı -Rusiya və Ukraynaya xəbərdarlıq
Qara dənizdə təhlükəsizliklə bağlı narahatlıqlar artır. Rusiya-Ukrayna müharibəsinin dəniz nəqliyyatına təsiri ticarət marşrutlarını və taxıl daşımalarını yenidən risk altına salır. Ankara isə bölgədə mülki gəmilərin hədəfə alınmasının qarşısını almaq üçün tərəflər arasında razılaşmanın əldə olunmasına çalışır.
TodayPress TV “Nexta” “X” kanalına istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Yaşar Gülər Moskva və Kiyevi mülki gəmilərə hücumları dayandırmağa və dəniz daşımalarının təhlükəsizliyini təmin etməyə çağırıb.
Gülərin sözlərinə görə, Ankara hər iki tərəfin hücumları dayandırması və regiondan taxıl ixracının təhlükəsizliyini təmin etməsi ilə bağlı irəli sürdüyü təklifə cavab gözləyir.
Nazir həmçinin bildirib ki, daha bir ticarət gəmisi Bolqarıstanın dəniz yurisdiksiyası daxilində üç dronun hücumuna məruz qalıb.
Zəhra Məmmədova